Türkiyədə ağır yol qəzası baş verib
İstanbul hava limanında çalışan personalı daşıyan avtobusun Eyüpsultanda aşması nəticəsində 29 nəfər yaralanıb.
AYNA xəbər verir ki, İşıqlar-Ağaçlı yolunda körpünün üzərində olarkən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.
Bölgəyə polis, xilasetmə və tibb qrupları cəlb edilib.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.