İsrailin Baş nazirinin ofisi atəşkəs əldə olunduğunu rəsmən elan edib
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
Qeyd olunub ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.
Vurğulanıb ki, “İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”.