İsrailin Səhiyyə naziri istefa verib

Dünya

26.04.2020 - 00:32

cedabet dərman SEO Xidməti

Nazir koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib

 

İsrailin Səhiyyə naziri Yaakov Litzman istefa verib.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin “13”-cü kanalı məlumat yayıb. O, istefa ərizəsini Baş Nazir Benyamin Netanyahuya təqdim edib. Məlumata görə, nazir koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

 

Qeyd edək ki, Yaakov Litzmanın özü də koronavirusa yoluxmuşdu. 

 

Xatırladaq ki, İsraildə 15,148 nəfər koronavirusa yoluxub, onlardan 198-i vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş