İsraildə COVID-19-a yoluxma sürətlə artır

Dünya

19.06.2022 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Naxman Aş: Hökumət hazırkı mərhələdə yenidən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə düşünmür

“İsraildə yeni növ koronavirusa (COVİD-19) yoluxma halları artmağa davam edir, bunu yeni dalğa adlandıra bilərik”. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Səhiyyə Nazirliyinin Baş direktoru Naxman Aş bildirib.

Naxman Aş deyib ki, uzun müddət sonra ilk dəfə cümə günü ölkədə koronavirusa 7 min yoluxma aşkarlanıb: “Düşünürəm ki, biz bunu yeni dalğa adlandırmağa başlayacağıq. Yoluxmanın artmasının səbəbi Omicron ştamıdır. Hökumət hazırkı mərhələdə yenidən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə düşünmür. Hazırda söhbət yalnız qapalı ictimai məkanlarda maskadan istifadədən gedir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş