İsraildə Baş Nazirə etiraz: Minlərlə insan koalisiyaya “yox” deyir

Dünya

03.05.2020 - 14:52

Aksiya iştirakçıları üzərinə “Utanc! Utanc!”, “Qanunsuz hökumətə yox deyirik” plakatları qaldırıblar

 

İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan Baş nazir Benyamin Netanyahunun, “Mavi-Ağ”  İttifaqının lideri Benni Qantz ilə qurduğu koalisiyaya etiraz olaraq küçələrə çıxıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Təl-Əvivdəki Ravin Meydanında toplaşan minlərlə israilli, Netanyahunun koalisiya vasitəsi ilə iqtidarda qalmaq niyyətində olduğuna etiraz edib. Aksiyaçılar düşünür ki, qurulan koalisiya qanuni deyil.

 

Aksiya iştirakçıları üzərinə “Utanc! Utanc!”, “Qanunsuz hökumətə yox deyirik” plakatları qaldırıblar. Etiraz edən israillilər, Ali Məhkəmədə haqqında cinayət işi açılan hansısa birinin hökumət qurmasına icazə verilməməsini tələb edərək, koalisya razılaşmasında bəzi maddələrin qanundankənar olduğunu hesab edirlər.

 

Qeyd edək ki, Baş nazir Netanyahuya vəzifədən sui-istifadə, rüşvət alma kimi maddələrlə cinayət işi açılıb. Sabah Netanyahunun məhkəməsi başlayır. Baş nazir ittihamları rədd edərək, bunun müxalifət, mətbuat və polis tərəfindən hazırlanan qondarma iş olduğunu deyir. Netanyahu düşünür ki, açılan cinayət işi dövlət çevrilişinə cəhddir.

Müəllif: Ayna.az