İsraildə 2 milyondan çox insan vaksinasiya olunub

Dünya

16.01.2021 - 08:49

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 535 049 nəfərə çatıb

 

İsraildə ötən sutka ərzində koronavirusa 6 845 yoluxma halı qeydə alınıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 535 049 nəfərə çatıb.

 

Bildirilir ki, ötən sutka koronavirusdan 50 nəfər ölüb, 7 183 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 910, sağalanların sayı isə 453 358 nəfər təşkil edir.

 

Nazirlikdən qeyd ediblər ki, İsraildə 2 milyondan artıq insan - əhalinin təxminən 21,5 faizi koronavirusa qarşı vaksinasiya olunub.

Müəllif: Ayna.az