"Bir ildən də az bir müddətdə böyük işlər görülüb"
İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilanda "Ağıllı kənd"ə səfər edib. AYNA xəbər verir ki, səfir bu barədə rəsmi “Twitter“ hesabındakı paylaşımında bildirib.
“Bizim İsrail şirkətlərinin öz texnologiyaları və “nau-hou”larını təqdim etdikləri Zəngilandakı "Ağıllı kənd"ə əla səfərimiz oldu. Bir ildən də az bir müddətdə böyük işlər görülüb. Zəngilanda və hər yerdə qida təhlükəsizliyi bizim böyüyən tərəfdaşlığımızın əsas hissəsidir”, - deyə səfir qeyd edib.