Zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər və yanacaqdolduran təyyarə zədələnib
İran üzərində hava üstünlüyünü əldə etmək məqsədi ilə İsrail ordusu İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodroma hücum edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
"Bu zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər və yanacaqdolduran təyyarə zədələnib. Pilotsuz təyyarələr İran rejiminə məxsus 15 döyüş təyyarəsi və helikopterini məhv edib", - məlumatda bildirilib.