İspaniyaya gedən 40-dan çox miqrant həlak olub

Dünya

07.08.2021 - 06:57

Həkimlər Klinikalar SEO Xidməti

Qayıq Daxla bölgəsində sahildən ayrıldıqdan yarım saat sonra aşıb

 

Hüquq müdafiəçiləri İspaniyanın Kanar adalarına gedən yolda 40-dan çox miqrantın həlak olduğunu bildiriblər.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə "Sərhədləri keçərək" qeyri-hökumət təşkilatının rəhbəri Yelena Maleno özünün "Twitter"dəki hesabında bildirib.

 

Qayıq Daxla bölgəsində (Qərbi Saxara) sahildən ayrıldıqdan yarım saat sonra aşıb.

 

Məlumata görə, həlak olanlardan 30-u qadın, 8-i uşaq, 4-ü kişidir. Hadisə zamanı 10 nəfər sağ qalmağa müvəffəq olub.

 

Hüquq müdafiəçilərinin məlumatına görə, İspaniyaya gedən yolda cari ilin yalnız birinci altı ayı ərzində 2 087 miqrant həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş