İsmayıllıda avtomobil aşıb

Xəbərlər

11.07.2023 - 16:03

cedabet dərman SEO Xidməti

Bir nəfər ölüb, iki nəfər yaralanıb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, gecə saatlarında İsmayıllı rayonunun Ruşan kəndi ərazisində hərəkətdə olan VAZ-21063 markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb. 

Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş