İŞİD liderinin “sağ əli”, İraqın “qubernatoru” qətlə yetirilib

Dünya

26.05.2020 - 19:26

Əməliyyat nəticəsində terror təşkilatının rəhbəri Əbdülnasir Kardaş da həbs olunub

 

İŞİD terror təşkilatının İraq üzrə rəhbəri Əbdülnasir Kardaşın köməkçisi Moataz əl-Cuburi qətlə yetirilib. AYNA xəbər verir ki, qətlin İraq Xüsusi Əməliyyat Qüvvələri tərəfindən törədildiyi bildirilir.

 

İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verən təhlükəsizlik qüvvələrindəki mənbə, həmçinin əməliyyat nəticəsində Əbdülnasir Kardaşın da həbs olunduğunu deyib.

 

Qeyd edək ki, Moataz əl-Cuburi bir müddət əvvəl özünü İraqın qubernatoru elan etmişdi.

Müəllif: Ayna.az