Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb
İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.
AYNA erməni mediasına istinadən bildirir ki, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.
İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.
Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.