İrəvanda itkin hərbçinin qohumu hökumət binasına hücum edib

Dünya

25.03.2021 - 06:51

"Satqın Nikol, uşaqları qaytar", - deyə hərbçinin qohumu qışqırıb

 

Ermənistanın paytaxtı İrəvanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçunun qohumu Hökumət binasına hücum edib. AYNA-nın "Report”a istinadən məlumatına görə, həmin şəxs binanın pəncərəsini sındırıb.

 

"Satqın Nikol, uşaqları qaytar", - deyə hərbçinin qohumu qışqırıb.

 

Qeyd edilir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az