İrəvan Paşinyana qarşı aksiyalar davam edir

Dünya

15.11.2020 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Etirazçılar bu dəfə məhkəmə binasının qarşısına toplaşıblar

 

Ermənistanda könüllü dəstə komandiri Aşot Minasyanın yüzə yaxın tərəfdarı İrəvanın Şenqavit rayonunda məhkəmə binası qarşısına toplaşıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, 100-ə yaxın erməni məhkəmə binasının qarşısında toplaşıb.

 

Amma etirazçılar heç bir şüar səsləndirməyiblər. Ərazidə xüsusi polis bölmələri və ağır təchiz olunmuş təhlükəsizlik qüvvələri gözə dəyməyib.

 

Qeyd edək ki, ölkənin Milli Təhlükəsizlik Xidməti müxalifətçilərin Ermənistan Baş nazirinə sui-qəsd cəhdi, Sisian könüllü dəstəsinin komandiri A.Minasyan da daxil olmaqla, bir neçə nəfər cinayət əməllərində şübhəli bilinərək, saxlanıldığı barədə xəbər verilmişdi.

 

Xatırladaq ki, bir neçə gündür İrəvanda müxalifət mitinqləri keçirilir. Etirazçılar Paşinyanın Qarabağda atəşkəs barədə razılaşma imzaladığı üçün istefasını tələb edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş