İraqda partlayış: <font color=red> italiyalı hərbçilər yaralanıblar</font>

Dünya

10.11.2019 - 23:30

Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib

 

İraqda baş verən partlayış zamanı beş italiyalı hərbçi xəsarət alıb. AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, hərbçilər İraqa ölkənin təhlükəsizlik qüvvələrinə terrorçu qruplara qarşı mübarizə üsullarını təlim vasitəsilə öyrətmək üçün gəliblər.

 

Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib. Onlar ABŞ vertolyotları ilə evakuasiya edilərək xəstəxanaya aparılıb. 

 

Beş yaralıdan üçünün vəziyyəti ağırdır. Lakin onların həyatı üçün təhlükə yoxdur.

 

Bildirilib ki, hadisə barədə hərbçilərin yaxınlarına məlumat verilib.

 

Müəllif: Ayna.az