İranla Əfqanıstan arasında ticarət dayandırdı, sərhədlər bağlandı

Dünya

10.08.2021 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Ticarət əlaqələrinin nə vaxt bərpa ediləcəyini proqnozlaşdırmaq mümkün deyil

 

İranla Əfqanıstan arasında ticarət əlaqələri tamamilə dayandırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu, Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi fonunda baş verib.

 

İran-Əfqanıstan ticarət palatasının rəhbəri Hüseyn Səlimi deyib ki, toqquşmalar və “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurmanın yaratdığı problemlər, ABŞ-ın bu ölkəni bombalaması ticarətin dayanmasına və sərhədlərin bağlanmasına səbəb olub.

 

“Belə şəraitdə ticarət riskləri çox böyükdür. İran satıcıları və Əfqanıstandakı alıcılar bu riskləri üzərlərinə götürməyə hazır deyillər. Əfqanıstana göndərilən yükün alıcıya çatıb-çatmayacağı məlum deyil. Bununla yanaşı, yüklər sığorta olunmayıb və bütün bunlar riskləri hədsiz dərəcədə artırır”, Səlimi vurğulayıb.

 

İran rəsmisi qeyd edib ki, ticarət əlaqələrinin nə vaxt bərpa ediləcəyini proqnozlaşdırmaq mümkün deyil: “Bu, Əfqanıstandakı daxili vəziyyətdən asılıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş