Əbdülnəsir Himməti president seçkilərinə namizədliyini irəli sürüb
Bu gün İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti Prezident Həsən Ruhani tərəfindən istefaya göndərilib. AYNA xarici mediaya istinadən bildirir ki, Həmid Purməhəmmədi İranın Mərkəzi Bankının yeni sədri təyin edilib.
Qeyd edək ki, Ə.Himməti iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Onun namizədliyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiq edilib.