Yaxınlıqdakı orta məktəbdən şagirdlər təxliyə edilib
İraqın Haaqadakı səfirliyinin binasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Bildirilib ki, tüstüdən zəhərlənən bir nəfər təcili tibbi yardıma müraciət edib.
Yanğın damda başlayıb. Ehtiyat tədbiri olaraq yaxınlıqdakı orta məktəbdən şagirdlər təxliyə edilib.
Yanğının səbəbi barədə hələlik məlumat verilmir. Hadisə yerinə yanğınsöndürənlər gəliblər. Güclü tüstü səbəbindən ərazi sakinlərinə pəncərə və qapıları bağlı saxlamaq, havalandırmanı bağlamaq tövsiyə olunub.