İranda koronavirusla bağlı yeni test hazırlanıb

Dünya

13.05.2020 - 01:20

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə alimlərin araşdırmaları davam edir 

 

İran alimləri koronavirusun mövcudluğunu 30 saniyə ərzində aşkarlamağa kömək edən test sistemini yaradıblar. AYNA xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

 

Qeyd edilir ki, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Agentliyin məlumatına görə, yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır.

 

Qeyd edilir ki, test sistemi hələ sertifikatlaşdırılmayıb.

Müəllif: Ayna.az