İranda koronavirusdan rekord sayda ölüm

Dünya

09.07.2020 - 23:36

İranda koronavirusun yayılmasından bəri ən yüksək ölüm sayı qeydə alınıb

 

İranda koronavirusdan son 24 saat ərzində 221 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.

 

Nazirliyinin məlumatına görə, ölkədə ümumi ölüm sayı 12 min 305-ə yüksəlib. Bununla yanaşı, son sutka ərzində daha 2079 nəfərə virus diaqnozu qoylub və yoluxanalrın sayı 250 min 458-ə çatıb.

 

Qeyd edək ki, gün ərzində qeydə alınan ölüm sayı İranda pandemiyanın yayılmasında bəri ən yüksək say olaraq qeyd edilib.

Müəllif: Ayna.az