İranda koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir

Dünya

01.10.2021 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

İranda koronavirusla bağlı son vəziyyət açıqlanb

Artıq üçüncü həftədir ki, İranda koronavirus infeksiyasının yayılmasında və virusa yoluxaraq ölüm hallarında azalma müşahidə edilir.

AYNA  AZƏRTAC-a istinadla xəbər verir ki, son 24 saat ərzində ölkə ərazisində 14 min 525 nəfər koronavirusa yoluxub, 235 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 601 min 565 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 120 min 663 nəfərə çatıb.

Müxtəlif xəstəxanalarda müalicə alan 5 min 841 virusa yoluxan xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 53 min 551 xəstə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, sentyabrın əvvəllərində gündəlik yoluxma 20 mindən, gündəlik ölüm halları isə 500-dən yuxarı olurdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş