İranda COVID-19 yenidən şiddətlənib

Dünya

20.04.2020 - 15:24

cedabet dərman SEO Xidməti

Ölkədə koronavirusdan həyatını itirənlərin sayı 5209 nəfərə çatıb

 

İranda son 24 saat ərzində koronavirusdan 91 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin sözcüsü Kiyanuş Cihanpur virusdan ölənlərin sayının digər günlərə nisbətən artıdığını söyləyib. Belə ki, İranda bundan əvvəlki günlərdə virusdan ölənlərin sayı müvafiq olaraq 87 və 73 nəfər olub.

 

Bununla da İranda COVID-19-dan ölənlərin sayı 5209 nəfərə yüksəlib. Ölkədə 83550 adam isə aktiv koronavirus xəstəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş