İranda COVID-19-dan ölənlərin sayı artıb

Dünya

12.08.2020 - 01:28

Ölkədə 23 769 aktiv koronavirus xəstəsi qalmaqdadır 

 

İranda son sutka ərzində daha 2 345 nəfərdə koronavirus aşkarlanıb, 184 nəfər vəfat edib. AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

 

Bununla da ölkədə xəstələnənlərin sayı 331 189-a, virus qurbanlarının sayı isə 18 800-ə yüksəlib.

 

Bundan əlavə, indiyədək 288 620 nəfər sağalıb. Ölkədə 23 769 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 983-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az