İranda bir gündə 68 nəfər koronavirusun qurbanı oldu

Dünya

07.05.2020 - 16:55

“Hazırda xəstəxanalarda olan 2 min 728 xəstənin vəziyyətləri ağırdır”

 

İranda koronavirusla bağlı son məlumatlar ictimaiyyətə təqdim edilib. AYNA xəbər verir ki, İranda son 24 saat ərzində 68 nəfər virusun qurbanı olub.

 

Ölkədə son sutka ərzində 6486 nəfər virusa yoluxub ki, bununla da yoluxanların sayı 103 min 135-ə çatıb.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur ölkədə 82 min 744 insanın bu günə qədər virusdan sağaldığını bildirib: “Buna baxmayaraq, hazırda xəstəxanalarda olan 2 min 728 xəstənin vəziyyətləri ağırdır”.

 

Cihanpur İranda vəziyyətin getdikcə düzəldiyini də əlavə edib.

Müəllif: Ayna.az