Özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq
İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Koronavirusa qarşı Mübarizə Qərargahının qərarına əsasən, 6 gün ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq.
Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.
Qeyd edək ki, son 24 saat ərzində İranda 36 min 736 nəfər virusa yoluxub, 620 xəstə virusdan ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb.