İran XİN: "ABŞ ilə danışıqların ləğvi ilə bağlı qərar hələ verilməyib"

Dünya

14.06.2025 - 13:18

cedabet dərman SEO Xidməti

Nazirlik: "İyunun 15-də hansı qərarı verəcəyimiz hələlik bəlli deyil"

İran XİN bəyan edib ki, ABŞ ilə danışıqların növbəti raundu hələlik ləğv edilməyib, "hələlik qərar yoxdur".

Bu barədə AYNA.AZ "TASS"a istinadən məlumat verir.

"Bu məsələ ilə bağlı iyunun 15-də hansı qərarı verəcəyimiz hələlik bəlli deyil", - o deyib. Daha əvvəl Bəqai İsrailin İrana hücumundan sonra Vaşinqtonla Tehran arasındakı danışıqların mənasız olduğunu bildirmişdi.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının beşinci raundu mayın 23-də Romada baş tutub. Müzakirələrdən sonra danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ və İran müəyyən, lakin yekun irəliləyişlərə nail olublar.

Daha sonra Ağ Ev rəhbəri Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, Vaşinqton Tehrana nüvə proqramı üzrə potensial razılaşma çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək.

Eyni zamanda, "Axios" portalı yazıb ki, ABŞ-nin İrana nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli yolları ilə bağlı təklifləri Amerika rəsmilərinin bu məsələ ilə bağlı verdiyi bəyanatların əksinə, Tehranın uranı zənginləşdirməyə davam etməsini nəzərdə tutur.
Danışıqların altıncı raundu bazar günü Omanın paytaxtı Maskatda baş tutmalı idi, lakin İsrailin İrana zərbələr endirməsindən sonra bu məsələ qaranlıq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş