İran səfirliklərinin sosial hesabları bloklanıb

Dünya

26.05.2020 - 13:58

“Bloklanma təkcə bizim diplomatik nümayəndəliyimizə təsir göstərmədi”

 

“Twitter” İranın Rusiya Federasiyasındakı və bir sıra başqa ölkələrdəki səfirliklərinin hesabını bağlayıb. AYNA Rusiya mediasına əsasən xəbər verir ki, hələlik diplomatik korpusun sosial şəbəkə hesablarının bloklanmasının səbəbləri açıqlanmır.

 

"Təəssüf ki, “Twitter” səfirliyin hesabını bağladı. Bu anda bloklanmanın səbəbini öyrənmək üçün göstərilən “Twitter” sxemi ilə 4 dəfə sorğu göndərdik. İranın sosial şəbəkələrinin bloklanması təkcə bizim diplomatik nümayəndəliyimizə təsir göstərmədi. Əldə etdiyimiz məlumata görə, digər ölkələrdəki bir neçə İran səfirliyinin hesabları da heç bir izahat olmadan bağlanıb", Rusiyada olan İran səfirliyinin rəsmisi deyib. 

Müəllif: Ayna.az