Ödəniş İran tərəfindən Çinə neft göndərilməsi vasitəsilə həyata keçirilir
İran Çindən yer-hava tipli raketlər alıb. AYNA.AZ “Middle East Eye” saytına istinadən xəbər verir ki, Çin raketləri 12 günlük İran-İsrail münaqişəndən sonra Tehrana təhvil verib.
Bildirilib ki, raketlərin sayı məlum deyil və ödəniş İran tərəfindən Çinə neft göndərilməsi vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, İran və İsrail arasında 12 gün davam edən münaqişə iyunun 24-də atəşkəs nəticəsində sona çatıb.