"Tel-Əvivdəki Ben Qurion hava limanı İran raketi ilə vurulub"
İsrailə qarşı yeni silsilə hücumlar zamanı İranın raketləri Təl-Əvivdəki Ben Qurion hava limanının ərazisinə düşüb. AYNA.AZ xəəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
"Tel-Əvivdəki Ben Qurion hava limanı İran raketi ilə vurulub", - məlumatda deyilir.
Agentliyin məlumatına görə, İslam Respublikası İsrailin “Rafael” silah zavodunu da vurub.
Dağıntının miqyası və fabrikin yeri barədə əlavə məlumat verilməyib.