İnternetlə bağlı vahid onlayn platforma yaradılacaq

Xəbərlər

16.03.2025 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Konsepsiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 25 avqust 2025-ci ildə təqdim edilməlidir

Azərbaycanda internet xidmətləri ilə bağlı vahid onlayn platformanın yaradılması nəzərdə tutulur.

AYNA.AZ xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Vahid platforma Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində qeyd edilib.

İnternet telekommunikasiya xidmətləri barədə məlumatların onlayn əlçatanlığının təmin edilməsi, istehlakçıların internet xidmətlərinin xüsusiyyətləri, tariflər, qoşulma və ləğv şərtləri, kampaniyalar, xidmətə qoşulma üçün tələb olunan addımlar haqqında bütün məlumatların vahid dərc olunacağı onlayn platformanın konsepsiyası yaradılmalıdır.

Konsepsiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 25 avqust 2025-ci ildə təqdim edilməlidir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş