İlon Mask: “Evdən çıxıb-çıxmamaq qərarını insanlar özləri verməlidirlər”
“Tesla” şirkətinin sahibi İlon Mask koronavirus pandemiyasından dolayı tətbiq olunan karantin rejimini tənqid edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Mask iş yerlərinin bağlanmasını və insanların evlərini tərk edə bilməmələrini “faşist yanaşması” olaraq qiymətləndirib.
“Bu qadağalar insanları azadlıqdan məhrum edir. Halbuki, evdən çıxıb-çıxmamaq qərarını insanlar özləri verməlidirlər. Konstitusiya hüquqları rədd edilir və insanlar evlərində həbs olunur”, - deyən Mask bununla bağlı şəxsi “Twitter” hesabında “Azad ABŞ, dərhal” tvitini də atıb.