İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb

Xəbərlər

30.05.2022 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

İctimai Birlik 2014-cü ildə təsis edilsə də, 2022-ci ildə dövlət qeydiyyatına alınıb 

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi (İHQT) Qeyri Hökümət Təşkilatı sektorunda yeni bir qurum olaraq fəaliyyətə başlayıb.  

Birliyin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanunvericiliyi, həyata keçirilən tədbirləri təbliğ etməyi, sahənin inkişafını dəstəkləyən layihələr həyata keçirməyi, qanunla qadağan olunmamış bütün metodlardan istifadə edərək maarifləndirmə işi aparmağı öz vəzifəsi hesab edir.  

Qurum faydalı fəaliyyət mühitini təşkil etmək üçün yerli və xarici təşkilatlarla, ictimaiyyət nümayəndələri və media ilə dərin əməkdaşlıq əlaqələrinə malik olmağı, o cümlədən bu istiqamətdə hüquqi xidmət göstərməyi planlaşdırır. Birlik bu məqsədlə hüquqi və fiziki subyektlərdən, ayrı-ayrı vətəndaşlardan sözü gedən sahədə hər hansı hüquq və qanun pozuntusu ilə bağlı qurumu məlumatlandırmağı xahiş edir. Qeyd edək ki, Birliyin sədri ictimai fəal Gülşən Məmmədoğludur.

Məlumat üçün bildirək ki, İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib və həmin ildə də dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qurumu qeydiyyata almaqdan imtina etdiyinə görə İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət etmiş, lakin heç bir məhkəmə istansiyasında Ədliyyə Nazirliyinin qanunsuz imtinası ləğv edilməyib. Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib (AİHM) və Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz sayıb və Birliyin hüquqlarının pozulmasını tanıyıb. Beləliklə, AİHM-nin qərarından sonra 19.04.2022-ci il tarixində №11222-Q79-4044 saylı qərar ilə İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.İctimai Birlik 2014-cü ildə təsis edilsə də, 2022-ci ildə dövlət qeydiyyatına alınıb 

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb AYNA xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi (İHQT) Qeyri Hökümət Təşkilatı sektorunda yeni bir qurum olaraq fəaliyyətə başlayıb.  

Birliyin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanunvericiliyi, həyata keçirilən tədbirləri təbliğ etməyi, sahənin inkişafını dəstəkləyən layihələr həyata keçirməyi, qanunla qadağan olunmamış bütün metodlardan istifadə edərək maarifləndirmə işi aparmağı öz vəzifəsi hesab edir.  

Qurum faydalı fəaliyyət mühitini təşkil etmək üçün yerli və xarici təşkilatlarla, ictimaiyyət nümayəndələri və media ilə dərin əməkdaşlıq əlaqələrinə malik olmağı, o cümlədən bu istiqamətdə hüquqi xidmət göstərməyi planlaşdırır. Birlik bu məqsədlə hüquqi və fiziki subyektlərdən, ayrı-ayrı vətəndaşlardan sözü gedən sahədə hər hansı hüquq və qanun pozuntusu ilə bağlı qurumu məlumatlandırmağı xahiş edir. Qeyd edək ki, Birliyin sədri ictimai fəal Gülşən Məmmədoğludur. 

Məlumat üçün bildirək ki, İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib və həmin ildə də dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qurumu qeydiyyata almaqdan imtina etdiyinə görə İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət etmiş, lakin heç bir məhkəmə istansiyasında Ədliyyə Nazirliyinin qanunsuz imtinası ləğv edilməyib. Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib (AİHM) və Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz sayıb və Birliyin hüquqlarının pozulmasını tanıyıb. Beləliklə, AİHM-nin qərarından sonra 19.04.2022-ci il tarixində №11222-Q79-4044 saylı qərar ilə İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

 

 

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş