Ölkədə koronavirusdan ölənlərin sayının hökumətin açıqladığı rəqəmlərdən qat-qat çox olduğu iddia edilir
İngiltərə Səhiyyə Nazirliyi son 24 saat ərzində koronavirusla bağlı baş verənləri ictimayyətin diqqətinə çatdırıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, statistikaya əsasən, ölənlərin sayı 744 nəfər arataraq 12 min 107-ə çatıb.
Məlumatda həyatını itirənlərin yaş həddi 38-96 olaraq qeyd edilsə də, 58 insanın sağlamlıq problemləri olmadığı halda öldüyü bildirilib.
İngiltərə Milli Statistika İdarəsi isə ölkədə koronavirusdan ölənlərin sayının hökumətin açıqladığı rəqəmlərdən qat-qat çox olduğunu iddia edib.