İmran Xan azadlığa çıxıb

Dünya

12.05.2023 - 15:53

cedabet dərman SEO Xidməti

Keçmiş Baş nazir girov müqabilində azad edilib

Pakistan Ali Məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanı girov müqabilində azad edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İslamabad Ali Məhkəməsi qərar verib.

Qeyd edək ki, dünən Pakistan Ali Məhkəməsi İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib və siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.

Pakistanın keçmiş Baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur. Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.

İmran Xan mayın 9-da saxlanılandan bəri ölkədə etiraz aksiyaları başlayıb. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin tələbi ilə Pəncab əyalətində hərbi qüvvələr yerləşdirilib. Eyni zamanda, Pakistan daxilində mobil internet xidmətləri dayandırılıb, məktəblər və yollar bağlanıb. Son məlumatlara görə, aksiyalarla əlaqədar 1000-ə yaxın adam həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş