Prezident İlham Əliyev DTX-nin rəis müavinini yüksək vəzifəyə təyin edib
Prezident İlham Əliyev İlqar Əli oğlu Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bu barədə Prezidentin sərmi saytında məlumat yerləşdirilib.
Bundan başqa, dövlət başçısının digər Sərəncamı ilə İ.Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.