“Kimdir o təsdiqlədiyiniz adamlar?"
REAL Partiyasının sədri İlqar Məmmədov 5 minlik üzvlük siyashısının geri qaytarılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. AYNA xəbər verir ki, bu barədə İ.Məmmədov social media hesabında yazıb.
REAL sədri adları nazirlik tərəfindən qeydə alınmayan şəxslərlə bağlı rəsmi məktub istəyib: “Ədliyyə Nazirliyinə zəng vurdum. Dedim bizə hər bir üzvlə bağlı iradınızı ayrıca qeyd edən rəsmi məktub verin. Yoxsa biz heç bilmirik siz kimi nəzərdə tutursunuz. Kimdir o təsdiqlədiyiniz adamlar?”.
Partiya sədri təsdiqlənməyən şəxslərin adlı siyahısının verilməsini vacib sayır: “Nəyə görə onları təsdiqləmədiniz? Hər biri ilə bağlı ayrıca izah qeydi lazımdır ki, siyahının üzərində işləyə bilək”.
Ədliyyə Naziriyindən müraciətə baxılacağı bildirilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL-ın qeydiyyat üçün təqdim etdiyi 5 min üzvlük sənədini qəbul etməyib.
Ədliyyə Nazirliyindən REAL -a göndərilən rəsmi cavabda deyilir ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb. 5 min üzvlük siyahısından yalnız 463 nəfərin adı təsdiq olunub.