İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Xəbərlər

14.03.2022 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti Ukraynanı müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub. AYNA xəbər verir ki, bu barədə Mişel “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycan Prezidenti ilə Ukraynadakı son hadisələr, regional təhlükəsizlik və müharibənin Cənubi Qafqaza təsiri məsələlərini müzakirə etdik”, - deyə o qeyd edib.

"Aİ sabit, dinc və firavan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək", - deyə Mişel əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş