İlham Əliyev: "Qələbələrimiz məcbur etdi ki, Ermənistan Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın"

Siyasət

10.11.2020 - 06:49

Dövlət başçısı xalqa müraciət edib

 

“Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!”

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

 

“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”, - deyə dövlət başçısı qeyd edib.

Müəllif: Ayna.az