Prezident latviyalı həmkarının dəvətini qəbul edib
Oktyabrın 24-də Prezidenti İlham Əliyev Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
AYNA xəbər verir ki, qəbul zamanı Latviya səfiri Edqars Skuya Prezident İlham Əliyevə öz ölkəsinin dövlət başçısının rəsmi səfərlə bağlı dəvətini çatdırıb. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.