İlham Əliyev fövqəladə vəziyyətlə bağlı qanuna dəyişiklik etdi

Xəbərlər

30.03.2020 - 19:04

“Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin"

 

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş