İki rayonda təhlükəli hadisə baş verib

Hadisə

06.12.2019 - 16:33

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Saatlı rayonunun Kamallı kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 140 m² olan birmərtəbəli evin tavanının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qəbələ rayonunun Uludaş kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az