İki gündə 81 nəfər saxlanılıb

Xəbərlər

17.07.2023 - 13:35

cedabet dərman SEO Xidməti

Borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

İyulun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 116, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş