İctimai yerlərdə üç koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

03.05.2021 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları evə qaytarılıblar

 

Şənbə və bazar günlərində respublika ərazisində üç nəfər aktiv koronavirus xəstəsi daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

DİN bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş