Anna Akopyanın Baş nazir kimi qarşılanıb yola salınması tələb edilir
Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın fəaliyyəti bir çoxlarını, hətta hökumət rəsmilərini qıcıqlandırır. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Yüksək rütbəli polis zabitlərindən biri yaxın adamına şikayət edib ki, ondan Akopyanın Baş nazir kimi qarşılanıb yola salınması tələb edilir”, - deyə məqalədə bildirilib.
Polisin sözlərinə görə, xüsusilə regional səfərlər zamanı bütün rayon ayağa qalxır, buna bir neçə gün qalmış işlər aparılır, Baş nazirin protokoluna əsasən səfərin qəbul olunacağı barədə müvafiq strukturlara məlumat verilir ki, “xanım narazı qalmasın”. Bu isə məmurları qıcıqlandırır.
Qeyd olunub ki, Akopyan isə bu şəraitdən məmnundur və həddən artıq aktivləşib - bir gün keçmir ki, hansısa struktura və ya icmaya baş çəkməsin.
“Baş nazirin arvadının bu gün Şirak bölgəsində olması gözlənilir. O, köməkçisi Varduhi Manukyanın 44 günlük müharibədə həlak olan oğlu Rafo Saakyanın doğum gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Gümrüyə səfər edəcək. Tədbir Gümrü Dövlət Xalq Çalğı Alətləri Orkestrinin binasında baş tutacaq”, - deyə “Hraparak” yazıb.