Polis evdə heç bir cinayət əlaməti aşkarlamayıb
Hollivud aktyoru Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində meyitləri tapılıb. AYNA.AZ-ın məlumatına görə, “New Mexican” xəbər verir ki, onların ölüm səbəbi açıqlanmayıb.
Santa Fe dairəsinin şerifi Adan Mendoza cütlüyün iti ilə birlikdə cümə axşamı gecə öldüyünü təsdiqləyib. Polis evdə heç bir cinayət əlaməti aşkarlamayıb.
Cin Hekmanın 95 yaşı var. 20-ci əsrin ikinci yarısının ən məşhur aktyorlarından birdir. Sənətçi 43 illik karyerası ərzində 80-dən çox filmdə rol alıb. O, daha çox “Bonnie və Clyde”, “The French Connection”, “The Royal Tenenbaums” və başqa filmlərdəki rolları ilə tanınıb.
Hekman iki dəfə Oskar və BAFTA mükafatı laureatı, üç dəfə “Qızıl Qlobus” və Milli Kino Tənqidçiləri Şurasının qalibi və Berlin Film Festivalı mükafatçısıdır.
1991-ci ildən aktyor pianoçu Betsi Arakava ilə evlidir. Qadının 63 yaşı var.