Hollandiyada karantin rejimi yumşaldılıb

Dünya

06.06.2021 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti
Hollandiyada həyat normallaşır, teatrlara bilet gecədən satılıb qurtarıb
 
Hollandiya hökumətinin yumşalma ilə bağlı qərarı şənbə günündən qüvvəyə minib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə teatr, kino, muzey və restoranlar yenidən açılıb. Həftəsonu kinoteatrlara bütün biletlər satıldıb. Bir çox şəhərlərdə teatr tamaşalarına biletlər satışa çıxdıqdan bir saat sonra satılıb. Qadağa götürüldükdən sonra Emmen şəhərindəki Rensen teatrı səhəri gözləmədən qapılarını açıb. Gecə saat 00:00-dan etibarən Billy Joelin mahnılarından ibarət konsert təqdim edilib. Teatr rəhbərləri, tədbirə qatılan tamaşaçılar aylar sonra pərdələrin açılmasını misilsiz və unudulmaz bir an kimi qiymətləndiriblər.
 
Ölkədəki restoranlarda da öncədən sifariş edilməklə bütün yerlər dolub. Teatr, kinoteatr və muzeylər 10 kvadrat metr üçün 1 nəfər olmaq şərti ilə yenidən açılıb. Restoran və kafelərdə ən çox 50 nəfərin olmasına icazə verilir. 
 
Təbiət qoynunda və əyləncə parklarında qapalı yerlər də fəaliyyətini davam etdirir. Saunalar, sağlamlıq mərkəzləri də aylar sonra yenidən açılıb. Kazinolarda maksimum 50 nəfərə icazə verilir. 
 
Sosial məsafə gözlənilməklə 18 yaşdan yuxarı 50 nəfərin birlikdə idman etməsinə, idman klublarının kollektiv şəkildə məşq etməsinə icazə veriləcək. İdman obyektlərindəki soyunma otaqları, duş və yeməkxanalar da yenidən xidmətə başlayacaq.
 
Supermarketlərdə alkoqollu içkilərin axşam saat 20:00-dək satılması lisenziyası da 22:00-a qədər uzadılıb. Gecə klubları isə hələ açılmayacaq. 
 
Yaz festivallarının 30 iyundan etibarən davam etməsi planlaşdırılan Hollandiyada kilsələrdə bu həftəsonundan etibarən yenidən ilahilər oxumağa icazə veriləcək. 
 
Yoluxma sayında azalma davam edərsə, Hollandiyadakı yumşalmanın 4-cü addımı 30 iyun tarixində qüvvəyə minəcək və həyat normallaşacaq.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş