Hindistanda sel və daşqınlar zamanı ölənlərin sayı artıb

Dünya

22.06.2022 - 07:20

Assam ştatının 36 rayonundan 32-də 4,7 milyon insan daşqınlardan zərər çəkib

Hindistanın Assam, Meqalaya və Arunaçal Pradeş ştatlarında leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalar nəticəsində ölənlərin sayı 131 nəfərə yüksəlib. AYNA bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edilir ki, dünən 11 nəfərin həyatını itirdiyi Assam ştatında 2-si uşaq olmaqla, daha 7 nəfər itkin düşüb. Təbii Fəlakətlərlə Mübarizə İdarəsi ölənlərdən azı 80-nin Assamdan olduğunu bildirib. Ştatın 36 rayonundan 32-də 4,7 milyon insan daşqınlardan zərər çəkib.

Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, Assam və Meqala dəyən maddi ziyanı qiymətləndirmək üçün seldən zərər çəkmiş bölgələrə xüsusi qrup göndəriləcək.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə