Hadisə nəticəsində avtobusda olan daha 28 nəfər yaralanıb
Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrinin dörd əməkdaşı onları daşıyan avtobusun dərəyə aşması nəticəsində həlak olub.
AYNA xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində avtobusda olan daha 28 nəfər yaralanıb.
Qəzanın baş vermə səbəbi açıqlanmayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.