Hindistanda 22 nəfər saxta spirtli içkidən ölüb

Dünya

29.05.2021 - 22:52

Həkimlər Klinikalar SEO Xidməti

Artıq spirtli içki satan beş mağaza bağlanıb

 

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında ən azı 22 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

 

AYNA xəbər verir ki, bu barədə dövlət orqanlarına istinadən “Sinxua” xəbər agentliyi məlumat yayıb.

 

Hadisə ştatın qərbindəki Aliqarx şəhərində baş verib. Artıq spirtli içki satan beş mağaza bağlanıb, oradan götürülən spirt nümunələri yoxlanılması üçün laboratoriyaya göndərilib.

 

Ayrıca olaraq, ştatın aksiz şöbəsinin bəzi vəzifəli şəxsləri işdən kənarlaşdırılıb. Polis araşdırma aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş