Azərbaycandakı xarici diplomatlar Xudafərin körpüsündə olublar
“Ermənistan özünü həmişə dünyaya sivil ölkə kimi təqdim edirdi. Azərbaycanın işğaldan azad edilən ərazilərində ermənilərin törətdikləri dağıntılar, vəhşiliklər onların əsl mahiyyətinin nə olduğunun sübutudur. Bu, bir vəhşikdir”.
AYNA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.